Xəbər verdiyimiz kimi dünən Bodrumda 6, 8 bal gücündə zəlzələ olub.

Publika.az xəbər verir ki, kurort şəhərində dincələn azərbaycanlı məşhurlar təbiət hadisəsi haqqında təəssüratlarını sosial şəbəkədə paylaşıb.

Aparıcı və aktyor İlkin Həsəni bildirib ki, təkan hiss olunan kimi hoteldə hamı küçəyə çıxıb:

“Ekstrim istirahətimiz davam edir. 2000-ci ildə Bakı zəlzələsinin həyəcanını yaşadıq rəsmən. 6.8 bal, nə bal... Bütün hotel həyətdədir. Salamatçılıqdır, dağıntı və tələfat yoxdur”.

3 oğlu ilə Bodrumda tətil edən Nura Suri hadisədən çox qorxduqlarını, hazırda isə vəziyyətlərinin yaxşı olduğunu bildirib.

Aytən