Yaxın Şərq qarışdı: Yaralılar var

İsrail polisi Məscidi-Aksada fələstinlilərə qarşı zor tətbiq edib.

Metbuat.az xəbər verir ki, bu gün cümə namazının ardınca fələstinlilərə qarşı bibər qazı və plastik mərmidən istifadə edilib. Nəticədə 2-i ağır olmaqla, 22 nəfər xəsarət alıb. Bir neçə fələstinli isə həbs olunub.

Qeyd edək ki, İsrail polisi müsəlmanların müqəddəs məkanı sayılan Məscidi-Aksanı ötən həftədən bu yana mühasirədə saxlayır.

ZƏLZƏLƏ: Şamaxı, İsmayıllı, Şəki, Balakən, Zaqatala...-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR