İspaniyanın Fişeras şəhərində dahi sürrealist rəssam Salvador Dalinin məzarı açılıb. Səbəb Madrid məhkəməsinin eksqumasiya ilə bağlı qərarıdır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Qala-Salvador Dali Fondunun baş direktoru Luis Penyuelasın dediyinə görə, balzamlaşdırma səbəbindən dahi rəssamın nəşi pis qalmayıb: "Bığları isə olduğu kimi qalıb".
DNT nümanəsi götürülməsi üçün eksqumasiya prosesi dahi rəssamın teatr-muzeyində dünən gecə keçirilib.
Madrid məhkəməsi falabaxan, 61 yaşlı Pilar Albel Martinesin iddiasını təmin edib. Martines iddiasında vurğulayır ki, S.Dali onun atasıdır.
Tabutu çıxarmaq üçün muzeyin döşəməsindəki 1,5 tonluq daş lövhə qaldırılıb.
Penyuelasın dediyinə görə, ekspertlər iki böyük sümüyün, saçların və dırnaqların nümunələrini götürüblər.
DNT analizləri Madriddəki Toksikologiya İnstitutunda aparılacaq və sonuclar sentyabrın ayının ilk yarısında açıqlanacaq.
Milli.Az