Play Store

Türkiyə Silahlı Qüvvələrinin heyəti 40 faiz azalıb - Səbəb?

Türkiyə Silahlı Qüvvələrinin heyəti, 2016-cı il 15 iyulda çevrilişə cəhdin qarşısı alındıqdan sonra, 40 faiz azalıb.

Metbuat.az-ın məlumatına görə, hərbçi çatışmazlığını aradan qaldırmaq üçün 13125 hərbçi ilə müqavilələr imzalanıb. 

Hərbi sahədə islahatlar çərçivəsində Türkiyə Milli Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin yaradılması barədə qərar qəbul edib. Eyni zamanda hərbi məktəblərə sənəd verən abituriyentlərin sayı kəskin artıb. 

2016-cı ildə Türkiyə Silahlı Qüvvələri Quru qoşunları hərbi məktəbinə 46736 vətəndaş sənəd vermişdirsə, 2017-ci ildə bu göstərici 157635 nəfər təşkil edib. 

2016-cı ildə Ali Hərbi Dənizçilik Məktəbinə 33405 vətəndaş sənəd vermişdirsə, 2017-ci ildə bu göstərici 135012 nəfər təşkil edib. 

2016-cı ildə Türkiyə Hərbi Hava Qüvvələri məktəbinə 27882 vətəndaş sənəd vermişdirsə, bu il bu göstərici 144169 nəfər təşkil edib. 

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olub. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan yaralanıb. 20 iyulda prezident Rəcəb Tayyib Ərdoğan ölkədə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edib. Fövqəladə vəziyyət rejimi bundan sonra bir neçə defə uzadılıb. Sonuncu dəfə Fövqəladə vəziyyət rejimi bu ilin iyul ayında daha 90 gün müddətinə uzadılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR