Rusiyanın hərbi gəmiləri Bakı sahillərində

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Qrad Sviyajsk” kiçik raket gəmisi və “SB-45” xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.

Bu barədə Metbuat.az-a açıqlama verən polkovnik Şair Ramaldanov bildriib ki, bu təlimlərdən həm Azərbaycan, həm də Rusiya yüksək şəkildə faydalana bilər:

“Xəzəryanı dövətlərin xüsusi hazırlanmış planına uyğun olaraq, Xəzər dənizində mütəmadi olaraq təlimlər keçirilir. Rusiya ilə bu formada əlaqələrimiz digər Xəzəryanı dövlətlərdən daha sıxdır. Bilirsiniz ki, Azərbaycan dənizdən neft çıxaran ölkədir. Xəzərdə neft daşları, qurğular var. Bu təlimlər birinci növbədə məhz Xəzər dənizinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan, Rusiya və digər Xəzəryanı dövlətlərin iştirakı lə həyata keçirilir. Hər bir ölkənin payına düşən fəaliyyət nədirsə, məsələlər ortaya qoyulur. Və o məsələlər ətrafında fəaliyyətlər müəyyən şəkildə aparılır.


Bu təlimlər çox faydalıdır.

Bu təlimlər birinci növbədə Azərbaycan və Rusiya arasında olan dostluq münasibətlərini daha da möhkəmləndirir. Bilirik ki, Rusiya dənizçiliklə bağlı böyük bir təcrübəyə malikdir. Bu da Azərbaycanın təcürübə qazanması üçün müəyyən bir imkandır. Onu deyim ki, Azərbaycan hərbi dənizçiləri təkcə öyrənməyi deyil, öyrətməyi də bacarır. Mənə elə gəlir ki, Xəzər dənizinin təhlükəsizliyini təmin etmək, hər hansı bir terror faktının qarşısını almaq baxımından bu təlimlər çox faydalıdır. Ona görə d, bu təlimlər olub və olacaq”.

Qeyd edək ki, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirak edəcəyi yarışlar avqustun 1-dən 11-dək keçiriləcək.

Cəbhədən xəbər var – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR