Play Store

Cinsi əlaqə zamanı yaranan ağrıların səbəbi - Bunlara diqqət

Orta yaşlı qadınların cinsi əlaqədən zövq ala bilməməsinin səbəbi məlum olub.

Metbuat.az xəbər verir ki, 7 min kngiltərəli qadın arasında aparılan araşdırmanın nəticələri 50-60 yaşlı qadınların cinsi əlaqə zamanı ağrı çəkdiyini ortaya çıxarıb.

Araşdırmaya əsasən, disparoni adlanan ağrının cinsi quruluqla əlaqəli olduğu məlum olub. Məhz bu səbəbdən əksər qadın cinsi həyatdan məhrum olur.

Araşdırmanın maraqlı tərəfi isə o olub ki, 16-24 yaşlı xanımlarda da cinsi əlaqə zamanı ağrıların olduğu məlum olub.

Baş araşdırmaçı Kirstin Miçel açıqlamasında disparoninin bir neçə səbəbindən danışıb:

“Gənc xanımlarda bu problem cinsi həyata yeni başlamaqla əlaqəli ola bilər. Partnyorların bir-birindən utanmaları, yaxud da onların bir-birini qane etməməsi də akt zamanı qadında ağrıya səbəb ola bilər”.

İranlı turistlərin bu FOTOLARI çox danışılacaq... - Yaxta, içki, şopinq...-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR