Şimali Koreyanın fantastik raketlərinin sirri

ABŞ-ın "Washington Post" qəzetində Şimali Koreyanın balistik raket və nüvə proqramı ilə bağlı maraqlı məqalə dərc edilib.

Metbuat.az xəbər verir ki, məqalədə Şimali Koreya və onun gənc lideri Kim Çen Inın Qərbi fakt qarşısında qoyduğu deyilir:

"Rəsmi Pxenyan dünya güclərini silkələyən yeni balistik raketi uğurla sınaqdan keçirdi. Hazırda Qərb mediası bu uğurun səbəbləri üzərində baş sındırır. Və bu da təsadüfi deyil. Çünki mütəxəssislərin rəyinə görə, söhbət Şİmali Koreyadan Alyaskanı vurmaq gücündə olan raketdən gedir. 

2010-cu ildə "The New York Times" yazırdı ki, Şiamali Koreyada xalq düyü, yanacaq, hətta alt paltarının azlığından əziyyət çəkir. Belə bir ölkə uzaqmənzilli elə bir raket ortaya qoyub ki... Bu da əslində hamısı deyil. Ekspertlər onu da vurğulayırlar ki, həmin raketə nüvə başlığı yerləşdirmək də Şimali Koreya üçün problem deyil. ABŞ və Rusiyada belə silahlar var. İndi Şimali Koreya da belə bir silah əldə etmək ərəfəsindədir…

Qərb mətbuatı yazır ki, sınaqdan çıxan Şimali Koreya reketi Beynəlxalq Kosmik Stansiyanın (BKS) (Qərb ölkələrinin birgə layihəsidir) Kosmosa buraxdığı raketin göstəricisini 7 dəfə üstələyib. Yəni, Kosmosun dərinliyinə 7 dəfə daha çox işləyib. Bu, ağlasığmaz nailiyyətdir.

Bəs, bu nailiyyətin səbəbləri nədir? Şimali Koreya nüvə texnologiyasını 1980-ci illərdən inkişaf etdirməyə başlayıb. Bunun üçün yüksək səviyyəli alimlər yetişdirilib. Sovet İttifaqı dağıldıqdan sonra Şimali Koreya nüvə sahəsində çalışmış alimləri öz ölkəsinə dəvət etdi və onların işləməsi üçün gərəkən şərait yaratdı.

Şimali Koreyanın nüvə texnologiyası ilə bağlı İran və Pakistanla da ciddi əlaqələri var. Şimali Koreya İran-İraq savaşında İrana xeyli silah satdı. Pakistandan nüvə texnologiyasın satın almaq üçün vəsait əldə etdi.

Kim Çen In hakimiyyətə gədikdən sonra nüvə texnologiyasının inkişafına xüsusi önəm verdi. Dövlətin bütün imkanları bu hədəfə çatmaq üçün səfərbər edildi. Kim Çen In qaza basdı və nəticə göz qabağındadır.

Maraqlıdır ki, Rusiya, xüsusən Çin Şimali Koreyanın bu uğurundan ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Və alınır da...

Qeyd edək ki, məqaləni tam şəkildə bu linkədən oxuya bilərsiniz.

Oral Mədənçi / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR