Taylandın cənubunda Çumpxon vilayəti sahillərində 5 turist qayığın aşması nəticəsində ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, meteoroloqların hündür dalğalar olacağı barədə və əlverişsiz hava ilə bağlı xəbərdarlığına rəğmən, gəzinti qayığında 3-ü ekipaj üzvü olmaqla, 13 nəfər dəniz gəzintisinə çıxıb.

Ölənlərin 5-nin də turist olduğu bildirilib.

Qeyd olunur ki, ölənlərin hamısı Tayland vətəndaşlarıdır.

Milli.Az