VİDEO: "Space" TV-də əlbəyaxa dava düşdü

Bu gün “Space” tv də xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olub.

Mənbənin saytımıza verdiyi məlumata görə xəbərlər xidmətinin xanım aparıcısı Günel Mövsümova ilə rejisssor Aynur (soyadını dəqiqləşdirə bilmədik) arasında efir zamanı problem yaşanıb. Efir qurtardıqdan sonra isə tərəflər arasında dava əlbəyaxa, saçyoldu səviyyəsinə qalxıb. Televiziyanın əməkdaşlarının və mühavizəçilərin köməkliyi ilə sakitləşdirilən xanım aparıcı ilə rejissor daha sonra kanalın rəhbəri Vaqif Mustafayevin otağına çağrılıb.Hər iki işçi kanal daxilində etiq qaydaları pozduqları üçün işdən qovulublar.

Məsələ ilə bağlı saytımızın əməkdaşı telekanalın xəbərlər xidmətinin baş redaktoru Afət Telmanqızı ilə əlaqə saxlayıb.Baş verən olayla bağlı ətraflı danışmaq istəməyən xanım aparıcı məlumatı təsdiq edib. //Bizimyol.info

Dollar yenidən ucuzlaşdı - HƏRRAC - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR