Dünya Ulduzları Atletizm Çempionatında qızıl medal qazanan türkiyəli Mizgin Ayın film kimi həyat hekayəsi eşidənləri dəhşətə gətirir.
Dünya çempionu hələ anasının bətnindəykən PKK terrorçularının 1994-cü ildə Mardində törətdiyi qırğından anasının son anda xilas olduğu ortaya çıxıb.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Mizginin anası həmin gün yoldaşının yanına - Batmana döndüyü üçün terrordan sağ çıxarkən, idmançının nənəsi, 2 dayısı və 3 xalası bu dəhşətli olayın qurbanı olub.
Mizginin atası Cəmil Ay həmin günü belə xatırlayır:
"Gülşənin (həyat yoldaşı) doğmaları hadisədə şəhid oldu. Biz Batmanda qalırdıq. Həyat yoldaşım qonaq olaraq anasının kəndinə ziyarətə getmişdi. Kənddə 1-2 ay qaldı. Anam "Bu qədər qonaqlıq bəsdir, gedib gətirim" dedi. Getdi, gətirdi. Gətirdiyi axşam da kəndə hücum edildi. Anam gedib yoldaşımı gətirməsəydi, o da şəhid olacaqdı".
Məhəmməd Vaqif
Milli.Az