“Xalq Kapital” investisiya şirkətinin Bakı Fond Birjasına üzvlüyü bərpa olunub
Paylaş
·68 baxış·1 dəq oxu
Bakı. 1 avqust. REPORT.AZ/ “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin fəaliyyəti “Qiymətli kağızlar bazarı haqqında” qanuna və Bakı Fond Birjasının (BFB) “Üzvlük Qaydaları”na uyğunlaşdırıldığı üçün BFB-nin Üzvlük Komissiyasının qərarlı ilə şirkətin birja üzvlüyü bərpa olunub. “Report” xəbər verir ki, bu barədə BFB-nin açıqlamasında bildirilir. Bununla da birjanın üzvlərinin sayı 7-yə çatıb. Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Xalq Kapital İnvestisiya Şirkəti”nə bu il iyunun 9-da yeni lisenziya verib.