İmam Baqir (ə) Zərarəyə buyurur: "Namazdan o miqdar qəbul olar ki, ona qəlbən diqqət etmisən.Namazda əl və başınla, saqqalınla oynama. Əsnəmə, əllərini çəkərək yorğunluğunu aradan aparma. Əlibağlı namaza dayanma, çünki bu iş zərdüştlərindir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, nə zaman "Həmd"i deməkdən ayrıldın, "Amin" demə. Əgər istəsən, de: "Əlhəmdulilləhi Rabbil-aləmin".
Namazı sona çatdırmaqda əcələ etmə (tələsmə) və ayaqlarının ucunda dayanma. Səcdə zamanı özünü yer üzərində iki fərsəx qədər yayma, barmaqlarını qatlama ki, onların sınmasından səs çıxsın. (yəni, barmaqları yumulu halda sıxanda onlardan səs çıxar). Çünki bütün bu işlər namazın nöqsanına səbəb olar.
Yorğun və yuxulu halda namaza dayanma. Çünki bu hal - nifaqın nişanələrindəndir. Allah Təala möminlərə namazı yorğun və yuxulu halda qılmağı qadağan etmişdir. Münafiqləri də xəbərdar etmişdir: "Həqiqətən münafiqlər Allaha qarşı hiyləgərlik edirlər, halbuki, Allah onları aldadır (onların hiylələrinin cəzasını özlərinə qaytarır). Onlar namaza durarkən (yerlərindən) süst qalxır, camaatla (ünsiyyətdə olarkən) riyakarlıq edir və Allahı çox az yada salırlar". ("Nisa" 142)".
İmamın (ə) bu buyurşlarında namaza diqqət etməyin müəyyən məqamlarına işarə edilmişdir. (Həvzəh)
Allah Təala bizləri namaza ciddi yanaşanlardan qərar versin.
Milli.Az