“Ermənistan PKK terrorçularını bütün vasitələrlə dəstək
verir”.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz
Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel
Gülbey deyib.
Onun sözlərinə görə, Ermənistan PKK terrorçularına pasport verir:
“PKK terrorçuları başda Avropa olmaqla müxtəlif ölkələrə Ermənistan
pasportu ilə səyahət edirlər. Hətta Ermənistanın PKK-ya kvota
ayırdığı və hər ay 50 PKK-çıya viza verdiyi haqda məlumatlar
hesabatlarda yer alıb. Bu məsələdə ən fəal yer Ermənistanın
Parisdəki səfirliyidir. PKK-ya pul və tibbi xidmətlər də buradan
təmin edilir”.
G.Gülbey qeyd edib ki, PKK liderlərindən Murat Karayılanın istifadə
etdiyi telefon Ermənistan Xarici İşlər Nazirliyinin balansına
aiddir.
“Bu, Ermənistan-PKK işbirliyini sübut edən əsas faktlardan
biridir”, - deyə o bildirib.
Asif