Qətərdə hərbi baza quran Türkiyə bu ölkənin ordusu ilə
birlikdə hərbi təlimlərə başlayıb.
Publika.az xəbər verir ki, Dohada keçirilən hərbi
təlimlərə Türkiyə Silahlı Qüvvələri 250 hərbiçi ilə qatılıb.
Təlimlərdə zirehli texnika da iştirak edir.
Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi
ərəb ölkələrinin Qətərə embarqolar tətbiq etməsilə başlanan
böhrandan sonra Türkiyə Dohaya bütün vasitələrlə dəstək verir.
Asif