SORĞU: Uşağa təcavüz edənə hansı cəza verilsin? - VİDEO

Qeyd etdiyimiz kimi bir neçə gün öncə Naxçıvanda dəhşətli hadisə baş verib.

Metbuat.az xəbər verir ki, hərbi xidmətdən yeni dönmüş şəxs Culfa rayonunda toy məclisində iştirak edib. O, sərxoş olduqdan sonra 4 yaşlı qız uşağına təcavüz edib. Sözügedən şəxs uşağı nənəsinin yanına aparmaq adı ilə məclisdən uzaqlaşdırıb. Daha sonra onu yaxınlıqdakı dəmir yolunun kənarına aparıb, bir neçə dəfə zorlayıb. Yaxınlıqdan keçən şəxs uşağın çığırtısını eşidib və həmin şəxsi yaxalayıb.

Azyaşlının ötən gün Culfadakı xəstəxanada vəfat etdiyi deyilir. Əhali tərəfindən ələ keçirilən şəxsin əlləri və ayaqları yandırılıb. Cinsiyyət orqanı kəsilib. Daha sonra polis onu insanların əlindən alaraq həbs edib. 

Metbuat.az şəhər sakinləri arasında keçirdiyi “Uşağa təcavüz edənə hansı cəza verilsin?” adlı sorğunu təqdim edir.

SORĞU: Gəlin-qaynana davalarında kim haqlıdır? - VİDEO-Baxmaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az 

Sərvan Şəldiyev





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR