Play Store

"Kəpənək uşaq" növbəti dəfə əməliyyat olundu - FOTOLAR

“Kəpənək uşaq” xəstəliyindən əziyyət çəkən 15 yaşlı Ünal Öndər 31-ci əməliyyat keçirib.

Metbuat.az xəbər verir ki, Akdəniz Universiteti Xəstəxanasında əllərini işlədə bilmək üçün əməliyyat keçirən Ünal Öndərin ilk sözü, “Hədəfimə bir addım daha yaxınlaşmağın xoşbəxtliyini yaşayıram” olub.

Osmaniyənin Düziçi ilçəsindən olan Ünal ailənin böyük övladıdır. Bu il litseydən məzun olan Ünal Öndər Antalya, Osmaniyə və Adanadakı xəstəxanalarda uzun illər müalicə olunub. 30 əməliyyat keçirsə də, hələ ki, hər iki əlini işlədə bilmir. Mühəndis olmaq istəyən Ünala "möcüzə uşaq" da deyirlər. O, Türkiyədə "Epidermolysis bullosa" xəstəliyindən əziyyət çəkən 400 nəfərdən biridir.

Qeyd edək ki, nadir xəstəlik olan "Epidermolysis Bullosa"(Kəpənək uşaq) daşıyıcılarının dərisi mexaniki qıcıqlanmaya məruz qalan kimi orada içi seroz, bəzən də qanlı maye ilə dolu suluqlar yaranır. Sonra isə həmin suluqların yerində çapıqlar və yaralar qalır. Bəhs olunan xəstəlik ciddi müalicə olunmazsa, sonradan fiziki çatışmazlıq, əql kasadlığı, infeksiyalara dayanıqlılıq səviyyəsinin aşağı düşməsi ilə müşahidə olunur.

Hazırda dünyada 50 min nəfər "Epidermolysis bullosa"dan əziyyət çəkir. Xəstəliyin "kəpənək uşaq" da adlandırılması xəstə uşaqların dərisinin kəpənək qanadları kimi kövrək olması ilə bağlıdır.

ABŞ-ın "Minuteman 3" qitələrarası ballistik raketi - VİDEO-Baxmaq və oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR