"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Əliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və N.Əliyev məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, N.Əliyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub. O, mübahisə etdiyi tanışını bıçaqlamaqda təqsirli bilinib.