"Report"un məlumatına görə, bunu Danimarka "Kopenhagen"inin futbolçusu Peter Ankersen Çempionlar Liqasının "pley-off" mərhələsinin püşkatmasının nəticəsini "Jydske Vestkysten" nəşrinə dəyərləndirərkən deyib.
27 yaşlı müdafiəçi 3 il öncə Avstriya "Zalsburq"unun heyətində çıxış etdiyi vaxt da "Qarabağ"la üz-üzə gəldiklərini xatırladıb: "Həmin vaxt Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsində qalib gəlmişdik. Səfərdə 1:2 hesabı ilə uduzsaq da, evdə 2:0 hesablı qələbə sayəsində "pley-off"a adlamışdıq. Lakin indi "Qarabağ"ın diqqətimizi yönəltməli olduğumuz bir neçə üstün tərəfi var".
Qeyd edək ki, "Qarabağ"la "Kopenhagen" arasındakı ilk oyun 15-16 avqustda Bakıda, cavab görüşü 22-23 avqustda Danimarka paytaxtında olacaq.