Azərbaycanın artilleriya atıcıları ikinci yerə çıxdı

“Dəniz Kuboku – 2017” müsabiqəsi çərçivəsində “Üzən minaya artilleriya atışı” üzrə 3-cü epizod icra edilib.

Beynəlxalq hakimlər briqadasının qərarına görə bu epizodun yerinə yetirilməsinin nəticələrinə əsasən birinci yerə 50 xalla Rusiyanın “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı layiq görülüb. 

Azərbaycanın “G-124” gözətçi gəmisinin ekipajı isə 48 xalla ikinci yerə sahib çıxıb. 

Üçüncü yeri 46 xalla Qazaxıstanın “Sarıarka” raket artilleriya gəmisinin ekipajı və dördüncü yeri isə 44 xalla İranın “Cövşən” raket katerinin ekipajı çıxıb. //qafqazinfo

Mirzə Ələkbər Sabirin - Gəlini vəfat etdi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR