Müğənni İzzət Bağırov film çəkir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Xəzər Maqazin"ə danışan sənətçi filmin ideyasının və baş rol ifaçısının özünün olduğunu deyib:

"Uzun müddət fikrimdə film çəkmək var idi. Layihə artıq 2 aydır ortaya qoyulub. Keçmişdə iki yaxın dost olmuş ailənin başına gələnlərdən danışılır. Bədii filmdir, 1 saat 30 dəqiqə olacaq. Bütün dialoqları özüm yazmışam. Baş rolda da özüm çəkilirəm. Filmdə baş verənlərin mənim həyatıma qətiyyən aidiyyatı yoxdur. Tərəf müqabilim Gülşən Hüseynli olacaq".

İzzət filmlərinə xeyli pul xərcləyən həmkarlarını tənqid edib:

"Mənə filmi çəkməyim üçün sponsor dəstəyi var. Filmlərə 200-300 min pul xərcləyənlər mənə çatmır. 300 minlik büdcəsi lan filmə baxıram. Deyirəm, bu pul hara xərclənib? Evlərini, maşınlarını satıb son qəpiklərinədək xərcləyirlər. Ortada da bir şey yoxdur. Elə film çəkməzlər axı... Bir az gec çək, amma hissə-hissə, yaxşı çək".

Qeyd edək ki, İzzət Bağırovun filminin adı "Sevginin göz yaşları"dır.

Milli.Az