Bu virus infeksiyalarına yoluxma halları azalıb

Bu ilin 6 ayı ərzində ölkədə hava-damcı infeksiyalarından skarlatina, su çiçəyi hadisələri qeydə alınıb, kəskin respirator virus infeksiyalarının səviyyəsində 11,5% azalma müşahidə olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, 2017-cu ilin 6 ayı ərzində ilkin vərəm hadisələrinin 2016-cı il ilin müvafiq dövri ilə müqayisədə 1,3% azalması müşahidə edilib.

Respublikada aparılan profilaktiki peyvəndlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.12.2015-ci il tarixli 370 nömrəli qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”na əsasən həyata keçirilir.

Səhiyyə Nazirliyinin əmrinə əsasən, 2016-cı ildən başlayaraq 6 aylıq uşaqların İnaktivləşdirilmiş poliomielit vaksini ilə peyvənd olunmasına başlanılmış və bu tədbir 2017-ci ildə də uğurla davam etdirilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən 2017-ci ilin aprel ayının 24-30 tarixlərində Respublika ərazisində İmmunlaşdırma həftəsi keçirilmiş, hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqlar profilaktik peyvəndlərə cəlb olunmuş, ümumilikdə İmmunlaşdırma həftəsi ərzində vərəm əleyhinə vaksinlə 339, difteriya, göyöskürək və tetanus əleyhinə vaksini ilə 1946, difteriya-tetanus əleyhinə vaksini ilə 1715, İnaktivləşdirilmiş poliomielit vaksini ilə 1074, qızılca, məxmərək və epidemik parotit əleyhinə vaksini ilə 3807, hepatit əleyhinə vaksinlə 326, pnevmokok əleyhinə vaksinlə 3641 və A vitamini ilə 2941 uşaq əhatə olunub.

2017-ci ilin 6 ayı ərzində profilaktik peynəndlərin yerinə yetirilmə vəziyyəti qənaətbəxş olub. Belə ki, yenidoğulmuşların hepatit B vaksini ilə əhatə olunması - 98,5%, poliomielit əleyhinə OPV vaksini ilə -96,6%, vərəm əleyhinə BCG vaksini ilə -96,3% təşkil edib. Digər yaş qruplarında da əhatə olunma təqvimə uyğun davam etdirilib.

Aysel Yaqubqızı / Metbuat.az

Azərbaycanda 285 nəfər zəhərlənib - Qidadan - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR