Lütfi Zadə ilə bağlı çox üzücü xəbər... - Azərbaycanda dəfn olunacaq

ABŞ-da yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barədə bəzi KİV-lərdə məlumatlar yayılmışdı.

Dünya şöhrətli alimin yeganə övladı Norman Zadə AzVision.az-a eksklüziv açıqlama verərək atasının vəziyyətinin ağır olduğunu deyib.

“Atam çox ağır xəstədir. O qorxunc gün gələndə, biz onu Azərbaycana aparmalıyıq”.

Norman Zadə atasının ona vəsiyyət etdiyini bildirib: “Bizdən xahiş edib ki, onu Azərbaycanda dəfn edək”.

Qeyd edək ki, Lütfəli Rəhim oğlu Əsgərzadə (Lütfi Zadə) 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib.

O, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir. //Enter.News

"WhatsApp”ı tez silin, TƏHLÜKƏ VAR! - Mesajlarınız oxunur... - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR