Qətər viza qaydalarını dəyişdirdi - Azərbaycan vətəndaşları da...

Qətər aralarında Azərbaycanın olduğu 80 ölkənin vətəndaşları üçün sərbəst viza rejimi tətbiq edib.

Metbuat.az-ın məlumatına görə, Qətər Turizm İdarəsi və Daxili İşlər Nazirliyinin Dohada təşkil etdiyi mətbuat konfransı zamanı bildirilib ki, bu qərar ölkənin turizm sektorunun daha da inkişaf etməsinə şərait yaradacaq.

Rəsmilər siyahının daha da genişlənə biləcəyini istisna etməyib. Qaydalara görə, 33 ölkənin vətəndaşı Qətərdə ümumilikdə 180 gün müddətində vizasız qala bilər.

Azərbaycan və digər 46 ölkənin vətəndaşları üçün isə bu müddət 30 gündür. Həmin ölkə vətəndaşları Qətərə girişləri zamanı hər hansı məbləğ ödəməyəcək.  

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR