Körfəz ölkələri geri addım atdı -

Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn öz hava məkanının bir hissəsini Qətər hava yolları şirkətinin üzünə açıb.

Metbuat.az-ın məlumatına görə şirkət təcili və vacib hallarda bu ölkələrin hava məkanlarından istifadə edə biləcək. Rəsmi Doha isə bildirib ki, bu addım onların təzyiqlərindən sonra atılıb. Qətər qonşu ölkələri beynəlxalq qaydalara riayət etməyə çağırıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləmiş Ərəb Əmirlikləri, Bəhreyn və digər bölgə ölkələri Qətəri terrorizmə dəstək verməkdə ittiham edərək onunla əlaqələri kəsib.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR