Trampdan "dəli" təhdid

ABŞ prezidenti Donald Tramp Venesuelanı təhdid edib. 

Metbuat.az bildirir ki, Tramp Venesuelaya hərbi müdaxilə daxil olmaqla, bütün mümkün variantların danışıqlar zamanı müəyyənləşəcəyini qeyd edib.

Venesuelada Trampın bu təhdidi "dəlilik" kimi qiymətləndirilib.

Qeyd edək ki, ölkədə baş verən iğtişaşlar zamanı prezident Nkolas Maduro bunun arxasında ABŞ və Kolumbiyanın dayandığını bildirmişdi.

“ABŞ Venesuelanı ram edəcək”.

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov bildirib.

“Nikaraqua və Kubanı çıxmaq şərtilə, Cənubi Amerika dövlətləri ənənəvi olaraq ABŞ üçün paleqon sayılır. Amerika qitəsində rejimə yad ünsürlərin hakimiyyətdə təmsil olunması heç zaman həzm olunmayıb. Cənubi Amerika ölkələrində SSRİ-yə meylli hakimiyyət həmişə qısa müddət ölkəyə rəhbərlik edib. ABŞ sərhədlərinə yaxın ərazidə hər hansı silahlı rejimin mövcudluğu ABŞ milli dövlətçiliyi üçün təhlükə sayılır. ABŞ höküməti Kuba təcrübəsinin digər Amerika dövlətlərində təkrarlanmasından ehtiyat edir. Güman edirəm ki, Trampın bəyanatları, hədə-qorxusu Venesuelanın iqtisadi yolla ram edilməsi ilə nəticələnəcək. Tarix bunu sübut edib. Cənubi Amerika ölkələrinin əksəriyyəti (Braziliyanı çıxmaq şərtilə) aqrar dövlətlərdir. Onlar iqtisadi cəhətdən ABŞ-dan asılıdır. Venesuela neft ixrac edən ölkə olsa sa, iqtisadi böhran ölkəyə təsirsiz ötüşməyib. Belə olan halda isə ölkənin ABŞ-dan asılılığı qaçılmazdır”.

Türkiyədə növbəti zəlzələ - Güclü təkanlar...-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR