Bu müddətdə Embalonun çıxışı qaneedici olsa, o, 2 milyon avro qarşılığında birdəfəlik alınacaq. Qvineya-Busau əsilli futbolçu ilə İtaliyanın "Peskara" və "Breşiya" klubları da maraqlanır. "Palermo" rəhbərliyi isə hələlik oyunçunu göndərməyə tələsmir.
Qeyd edək ki, Karlus Apna Embalonun keçidi baş tutsa, "Qarabağ" ondan yalnız avrokubokların qrup mərhələsində yararlana biləcək.