Lyublyanada təşkil olunmuş qarşılaşma yerli komandanın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:21, 25:21, 25:15).
Qeyd edək ki, bu, Azərbaycan və Sloveniya milliləri arasında ikinci yoxlama oyunu olub. Avqustun 14-də keçirilmiş görüşdə Faiq Qarayevin baş məşqçi olduğu kollektiv qalib gəlib - 3:1. Təlim-məşq toplanışı gələn ay Azərbaycanda və Gürcüstanda təşkil olunacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyır.