“Facebook” insan həyatını xilas etdi

“Facebook” insan həyatını xilas etdi
00:39 9 Yanvar 2015
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Şimali Kaliforniyada 911 xidmətinin dispetçeri "Facebook” sosial şəbəkəsindən hündürlükdən yıxılma nəticəsində ağır zədələnən turistin yerini müəyyənləşdirmək üçün istifadə edib.
 
Turist Rayn Pritçard oğulu ilə birlikdə səyahətə çıxıb. Məlumata görə, R.Pritçardın ayağı büdrəyib və 45 metr hündürlükdə sıldırım qayadan yıxılıb.
 
Onun 11 yaşlı oğlu 911 xidmətinə zəng etsə də, olduqları yer barədə məlumat verməzdən əvvəl rabitə əlaqəsi kəsilib. Zərərçəkmişin yerini müəyyənləşdirmək üçün xidmət əməkdaşı turistin “Facebook” səhifəsinə daxil olub və oradakı son xəbərdə faciənin baş verdiyi yerin yaxınlığında çəkilən fotoşəkili görüb.
 
Sosial şəbəkədəki bu məlumat xilasedicilərə qısa müddətə zərərçəkmiş turisti tapmağa kömək edib, - "ICTnews" Qazeta.ru-ya istinadən  yazır.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189810

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR