Analitiklər FED rəhbərinin mövcud monetar siyasətin dəyişdirilməsi ilə bağlı heç bir fikir səsləndirməyəcəyini ehtimal edirlər. Açıq Bazar Komitəsinin son iclasının protokollarında inflyasiyanın aşağı səviyyədə olmasından narahatlığını bildirən FED rəhbərliyinin neytral mövqe tutaraq müşahidələrini davam etdirəcəyi proqnozlaşdırılır.
Analitiklər ECB-nin daha əvvəl yaxın aylarda monetar ekspansiyanın dayandırılmasını düşünürdüsə, son məlumatlara görə, bu planın bir qədər ertələndiyi bildirilir. Nəticədə, Cekson Hol sammitində maliyyə bazarları üçün önəmli açıqlamalar gözlənilmədiyi vurğulanır.