Mərkəzi Afrikada yerləşən Çad Respublikası Qətərlə bütün diplomatik əlaqələri kəsib.

Metbuat.az-ın məlumatına görə, Çad-ın Xarici İşlər Nazirliyinin bəyənatında qeyd olunur ki, Qətərin ölkədəki səfirliyi bağlanıb. Qətərli diplomatlara Çadı tərk etmələri üçün 10 gün vaxt verilib. Çadın Dohadakı diplomatları isə geri çağırılıb.

Nazirlik Dohanı Mərkəzi Afrika regionunun sabitliyini pozmaqda ittiham edib. Lakin Qətərə yönəldilən ittihamların detalları barədə məlumat verilməyib.

Qeyd edək ki,bir müddət əvvəl Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və digər region ölkələri Dohanı terrorizmə dəstək verməkdə ittiham edərək, onunla diplomatik əlaqələri kəsib.

Sübhan / METBUAT.az