Pelin Karahan dərin yarıqlı ziyafət libası ilə pərəstişkarları bir daha özünə heyran qoyub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda ikinci dəfə oğul anası olan aktrisa Esat Yontunç ilə Hande Gülşənin toyunda iştirak edib. Onu həyat yoldaşı Berdi Güntay müşayiət edib.

Kino ulduzunun toya geyindiyi bənövşəyi libası məşhur modelyer Raşit Bağzıbağlı hazırlayb. 32 yaşlı məşhur dekoltesi və dərin yarıqlı libasını bahalı zinət əşyaları ilə tamamlayıb.

Aktrisa toyda çəkilən şəkilləri sosial şəbəkədə paylaşıb. Çoxları Pelin Karahanı iri qaşlı qiymətli üzüyünü reklam etməkdə ittiham edib.

Aytən