Qəza zonasına "Spravedlivı" xilasetmə gəmisi göndərilib. Axtarışlara təxminən 1,6 min insan cəlb olunub.
"Uzaq Şərq" balıqçı gəmisi Oxot dənizi akvatoriyasında Maqadandan 300 km aralıda batıb. Gəminin göyərtəsində olan 132 ekipaj üzvündən 117 nəfəri sudan çıxarılıb. 54 nəfər həlak olub. 15 balıqçının taleyi haqqında məlumat yoxdur. Xilas edilən şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir.
Ekipaj üzvləri arasında 7 azərbaycanlı da olub.