Qurban kəsərkən bunlara diqqət edin

Qurban kəsərkən bir neçə məsələyə diqqət etmək lazımdır.

"Qurani-Kərim"də hansı heyvanların qurban kəsilməsi ilə bağlı buyurulur: “Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi ənam (davarlar) cinsindən heyvanları kəsərkən Allahın adını çəksinlər (Bismillah desinlər)” - Həcc surəsi 34-cü ayə.

Qurban bayramında kəsilən qurbanlar üç növə bölünür:

1. İbil (dəvə cinsi) 5 yaşı tamam olmalıdır.

2. Bəqar (inək və camış cinsləri) 1 yaşı tamam olmalıdır.

3. Qoyun (qoyun və keçi cinsləri) 6 və ya 7 ayı tamam olmalıdır.

Qurbanı fərdi və ya müştərək qaydada da kəsmək olar. Daha yaxşı olar ki, xırda buynuzlu heyvan fərdi qaydada, iri buynuzlu heyvanı isə müştərək qaydada kəsilsin. Müştərək qaydada kəsilən qurbanlıqda və bölünməsində müsəlmanlar şəriət prinsiplərindən kənar çıxmamalıdırlar.

Qurbanlıq üçün kəsilən heyvanın zahiri əlamətlərini bildirən məsələlər də İslamda öz əksini tamışdır. Qurbanlıq heyvan hər şeydən öncə sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, axtalanmış, buynuzu qırılmış və ya hər hansı bədən üzvündə eybi olan heyvanı qurban kəsmək olmaz. Xəstə və ya qocalıb əldən düşmüş heyvanı da qurban kəsmək islami-əxlaqi cəhətdən icazəli deyil. 

Qurbanlıq heyvanın erkək olması daha bəyənilir, amma dişi olsa da olar.

Qurbanlıq üzü qibləyə kəsilməli və kəsənin müsəlman olması vacibdir.

Yaxşı olar ki, bayram namazı qılınandan sonra Qurban kəsilsin.

Qurbanı kəsəndən sonra onun ətinin bölünməsi məsələsi də şəriət qanunlarına uyğun olmalıdır.

Həzrət peyğəmbər ə.s. və məsum imamlardan gələn hədislərə görə, qurbanlıq əti 3 hissəyə bolünməlidir.

1. Qurban kəsənin ailə üzvlərinin payı;

2. Onun “sileyi-rəhm” yəni qohum əqrəbadan olan ehtiyaclıların payı;

3. Ona qohum olmayan qonşu və ətrafdan olan ehtiyaclı müsəmanın payı.

Allah kəsilən qurbanları, edilən ibadət və dualları qəbul etsin, bayramınız mübarək olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR