"Mançester Yunayted"dən "Everton"a transfer olunan Ueyn Runi həbs olunub.
Metbuat.az xəbər verir ki, polis Runini Çeshiredəki evinin yaxınlığında saxlayıb. Ulduz futbolçu içkili vəziyyətdə maşın sürməkdə günahlandırırlar.
İngiltərə millisinin ən çox qol vuran futbolçusu olan Runini saxlayan polis əvvəlcə onu alkaqol müayinəsi edib və sonra polis idarəsinə aparıb.