Fonddan “Report”a verilən məlumata görə, İ.Məmmədov qonaqlara təmsil etdiyi qurumun fəaliyyəti, Azərbaycan iqtisadiyyatında rolu, maliyyələşdirdiyi layihələr, vəsaitlərin idarə edilməsi və investisiya fəaliyyəti, eləcə də şəffaflığın təmin edilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.
Görüşün sonunda ARDNF-in fəaliyyətinə dair qonaqları maraqlandıran suallar cavablandırılıb. Qonaqlar Fondun inzibati binası və muzeyi ilə də tanış olublar.