“Report” “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin müqaviləsinə xitam verdiyi 30 yaşlı cinah yarımmüdafiəçisi “Trabzonspor”la anlaşıb. Onunla axşam saatlarında rəsmi sözləşmə imzalanacağı bildirilir.
Türkiyədə “transfer pəncərəsi” sentyabrın 8-də bağlanacaq.
Qeyd edək ki, Volkan Şen 2011 - 2014-cü illərdə də “Trabzonspor”da çıxış edib. Ötən mövsüm “Fənərbağça”nın heyətində 33 oyuna çıxan yarımmüdafiəçi 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, Türkiyə yığmasının heyətində 26 matçda iştirak edib və 2 qol vurub.