Bakıda mənzildə meyit aşkarlanıb.

Metbuat.az-a FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə xəbər daxil olub.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1952-ci il təvəllüdlü Şıxəliyev Yusif Ataman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:03-də başa çatıb.​

Nüşabə Ələsgərli Bakıda ağır yol qəzası törətdi - 3 avtomobil toqquşdu - Oxumaq üçün tıkla