Varşavada Mstislav Rostropoviçə həsr edilən konsert keçiriləcək
Paylaş
162 baxış·1 dəq oxu
Bakı. 12 sentyabr. REPORT.AZ/ Varşavada dahi violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçə həsr edilən konsert proqramı təşkil ediləcək. Azərbaycanın Polşadakı səfirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konsert proqramı sentyabrın 24-də Varşavanın Kral Sarayında baş tutacaq. Konsertdə müxtəlif ölkələrin musiqiçiləri M.Rostropoviçin əsərlərini ifa edəcəklər.