ABŞ İrma qasırğası ilə mübarizə apararkən, Tayvan, Çin və Honkonq yeni supertayfunun zərbəsinə hazırlaşır.
Publika.az bildirir ki, bu barədə International Business Times məlumat yayıb. “Talim” tufanı çərşənbə günü sahilə yaxınlaşacaq və fəsadların az olması ilə bağlı artıq bir sıra tədbirlər hazırlanır.
Gözlənilir ki, tufan çərşənbə axşamı güclənəcək və çərşənbəyə artıq Çin əyalətləri - Futszyan və Quandun sahillərinə yaxınlaşanda supertayfuna çevriləcək.
Tayvan hökuməti artıq əhalinin təxliyyəsinə başlayıb.

Tufanların intensivliyi axırıncı bir neçə il ərzində xeyli artıb, buna görə də, Tayvanın 23 milyonluq əhalisi təxliyyə xəbərdarlıqlarına və çağırışlara çox ciddi yanaşır.
“Talim”, ehtimal ki, cümə axşamı Honkonqa da yaxınlaşacaq və hökumət 1 nömrəli tufan xəbərdarlığı edib.
“Talim”in təsiri altında regionda bu həftə çox isti olacaq. O, artıq Filippində daşqınlara səbəb olub.

Materikin meteoroloji xidmətləri qabaqcadan xəbər verib ki, “Talim” 20 km/saat sürətlə şimal-qərbə yerini dəyişəcək və tədricən xeyli güclənəcək.
Çin tufanqabağı yarım milyon insanı təxliyyə etməyi planlaşdırır.
Zaur H.