Türkiyənin Çanaqqala bölgəsindən 2 min il yaşı olan uşaq əmziyi tapılıb
Paylaş
239 baxış·1 dəq oxu
Bakı. 12 sentyabr. REPORT.AZ/ Türkiyənin Çanaqqala şəhərinin Biqa rayonunun Kəmər kəndi yaxınlığında ellinizm dövrünün ən önəmli liman şəhəri Parionda aparılan qazıntı işləri zamanı 2 min il yaşı olan əmzik tapılıb. "Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, əmzik uşaq qəbrindən aşkarlanıb. Qazıntılardan məlum olub ki, qədim Roma dövründə bu əmziklərdən uşaqların süd və yemək yeyə bilmələri üçün istifadə olunub. Əmzik bişmiş torpaqdan hazırlanıb.