İtdirsəyini yox edən təbii üsullar

İtdirsəyi göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır. 

Metbuat.az xəbər verir ki, itdirsəyi əmələ gəldiyi zaman onu təbii üsullarla yox etmək olar.

Gözünüzə itdirsəyi çıxmamış isti suya batırılmış dəsmal qoya bilərsiniz. İtdirsəyi immunitet sisteminin zəifləməsi ilə ortaya çıxdığı üçün dəmir və vitaminlə zəngin olan qidalarla qidalanın. Sarımsaq yemək də itdirsəyini sürətli şəkildə yox edir.

Yaxşıca dəmlənmiş çobanyastığı çayını gözünüzə tonik olaraq tətbiq edə bilərsiniz.

İtdirsəyini qısa müddətə yox edən digər üsul isə kartofdur. Kartofu ortadan ikiyə bölüb gözünüzə tətbiq edin. Həmçinin, sarımsağı sürtgəcdən keçirib itdirsəyi olan bölgəyə qoyub saxlayın.

İtdirsəyini paket çay üsulu ilə də sağaltmaq mümkündür. Dəmlənmiş və ilıq paket çayı gözünüzdə saxlayaraq bu problemdən xilas olun.

İtdirsəyindən necə qorunmaq lazımdır?

Qeyd etdiyimiz kimi itdirsəyi xəstəlik deyil, ancaq tez-tez çıxırsa, xəstəliyinizin xronikləşdiyini və immunitet sisteminin zəiflədiyini göstərir. Bu səbəblə, mütəxəssisə müraciət etməyinizdə fayda var.

Aysel Yaqubqızı / Metbuat.az

Uşağın cinsiyyətini ata müəyyən edir - ARAŞDIRMA - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR