Bakı Biznes Mərkəzində mətbuat konfransı keçirilib

Bakı Biznes Mərkəzində mətbuat konfransı keçirilib
17:17 16 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində "Made in Azerbaijan" brendinin təbliği sahəsində həyata keçirilən tədbirlər, eləcə də "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilir.
Məlumata görə, nazir müavini Sahil Babayev Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər, ixtacatçılara göstərilən dövlət dəstəyi tədbirləri, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev isə "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin yekunları, Azərbaycan şirkətlərinin sərgidə iştirakı barədə məlumat verib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/baki-biznes-merkezinde-metbuat-konfransi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR