ABŞ-da avtoşou zamanı qəza

Amerikanın Boyse şəhərində keçirilən küçə avtoşousu zamanı "Porsche"nin sürücüsü tamaşaçıların üzərinə çıxıb.

Metbuat.az xəbər verir ki, qəza nəticəsində azı 11 nəfər xəsarət alıb.

Yerli polisin ilkin fərziyyəsinə görə, sürücü insanlar qarşısında "özünü göstərmək" istəyib və idarəetməni itərərək maşını onların üstünə sürüb.

Sürücü saxlanılmayıb, o, istintaqla əməkdaşlıq edir.

Polisin məlumatına görə, yaralıların həyatı üçün təhlükə yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR