Əməkdar artist Xumar Qədimova yeni mahnısını təqdim edib. Lent.az-ın məlumatına görə, bəstə "Doğulduğum ev" adlanır. Sevilən ulduzun bu dəfəki seçimi də çox fərqli və bu günədək toxunulmayan mövzudur.

Qeyd edək ki, mahnının tarixi çox qədimlərə təsadüf edir. Bəstəni Avropa, yunan və türk musiqiçiləri ifa edib. Xumar Qədimova isə mahnını tamamilə fərqli tərzdə və özünəməxsus yorumda təqdim edib.