Bu gün fillər Banqladeş və Myanmanın sərhədində yerləşən və rohingyalı müsəlman qaçqınların olduğu düşərgəyə hücum edib.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5-i yaralanıb.
Ölənlər 55 yaşlı kişi və 2 yaşlı bir uşaqdır. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Banqladeşdə Myanmadakı qətliamdan qaçan 400 mindən artıq müsəlman var. Onlar üçün ayrılan düşərgələrin hamısının dolduğu bildirilir.
Ömər