Bakıda orta yaşlı kişi iki nəfər tərəfindən bıçaqlanıb

Bakıda orta yaşlı kişi iki nəfər tərəfindən bıçaqlanıb
06:52 20 Sentyabr 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda orta yaşlı kişi bıçaqlanıb.
"Report" xəbər verir ki, 3-cü mikrorayon bazarının yaxınlığında 1983-cü il təvəllüdlü Əzizov Elvin Arzu oğlu iki nəfərlə (ad soyadları açıqlanmır) əlbəyaxa dava edib.
Nəticədə o iki nəfərin bıçaqla hücumuna məruz qalıb. E.Əzizovun döş qəfəsi və kürək nahiyəsinə iki bıçaq zərbəsi vurulub. Yaralının vəziyyəti ağırlaşıb. O, taksi sürücüsünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis bölməsinə məlumat verilib. Hadisəni törədən şəxslərdən biri saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-orta-yasli-kisi-iki-nefer-terefinden-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR