“Qarabağ”ın futbolçusu Cənubi Afrika Respublikasının yığmasına dəvət alıb

“Qarabağ”ın futbolçusu Cənubi Afrika Respublikasının yığmasına dəvət alıb
16:37 20 Sentyabr 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ “Qarabağ” klubunun futbolçusu Dino Ndlovu Cənubi Afrika Respublikasının (CAR) yığmasına dəvət alıb.
“Report” xəbər verir ki, 27 yaşlı hücumçu baş məşqçi Stüart Baksterin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Burkina Faso ilə oyun üçün çağırdığı 25 nəfərlik heyətdə yer alıb. Bu görüş oktyabrın 7-də keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. S.Baksterin rəhbərlik etdiyi kollektiv 3 matçdan 1 xal toplamaqla sonuncu pillədədir. Rəqib isə 4 oyundan 6 xalla ilk sıradadır.
Qeyd edək ki, 2012-ci ildən CAR millisinə dəvət alan Dino Ndlovu indiyə qədər 4 matçda forma geyinib.

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/qarabag-in-futbolcusu-cenubi-afrika-respublikasinin-yigmasina-devet-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR