Xəzərin hüquqi statusu ilə bağlı növbəti görüş Tehranda keçiriləcək

Xəzərin hüquqi statusu ilə bağlı növbəti görüş Tehranda keçiriləcək
10:28 21 Sentyabr 2017
30 Digər
Ölkə mətbuatı
A- A+

Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun növbəti görüşü oktyabrda Tehranda keçiriləcək.

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, görüşün dəqiq tarixi dəqiqləşdirmə mərhələsindədir: "Ola bilsin ki, ilin sonuna kimi nazirlərin görüşü məsələsi gündəmə gəldi. Lakin bu məsələlər hələlik müzakirə olunur. Sammitin keçirilməsi isə prosesin gedişatından asılıdır. İşçi qrupunun iclası, sonra da nazirlərin konfransı baş tutsa və biz görsək ki, kardinal dəyişikliklər, açıq qalan məsələlər üzrə yaxınlaşma var, dövlət başçıları sammit keçirilməsinə qərar verə bilərlər". (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/214106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR