Azərbaycan “Dəmir günbəz” sistemini alıb? - Neft kəmərlərinə hücum və Bakının MÜAFİƏ PLANI

Azərbaycan “Dəmir günbəz” sistemini alıb? - Neft kəmərlərinə hücum və Bakının MÜAFİƏ PLANI
15:23 21 Sentyabr 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan İsraildən “Dəmir günbəz” raket sistemini Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərini qorumaq üçün alır”.

Publika.az
xəbər verir ki, bu barədə Gürcüstanın “Rezonansi” nəşri yazıb.

Nəşr qeyd edir ki, Bakının bu planı Ermənistanın “İskəndər” raketləri ilə BTC-ni vurmaq hədələrinə qarşıdır.



“Azərbaycan hesab edir ki, Ermənistan bu raketləri işə salarsa, ilk olaraq neft kəmərinə təhlükə yaradacaq. Buna görə də “Dəmir günbəzi”i Gəncə və Bakıya yerləşdirəcək”, - deyə məqalədə bildirilir.

Nəşr həmçinin iddia edir ki, Azərbaycan artıq “Dəmir günbəzi” əldə edib.

Qeyd edək ki, bu iddia Azərbaycan müdafiə naziri Zakir Həsənovun İsrailə gözlənilməz səfəri fonunda diqqət çəkir. Həsənov ilk Azərbaycan rəsmisi olaraq Təl-Əvivə səfər etmişdi. Səfər çərçivəsində “Dəmir günbəz” və “Hermes 900” pilotsuz təyyarələrinin alınması müzakirə olunub.

Bakıdan sensasiyalı GEDİŞ: Azərbaycanın ABŞ-ın axtardığı silahı almasının SİRRİ - VİDEO



Təhlükəsizlik üzrə gürcü ekspert Vaxtanq Mayisaya nəşrə açıqlamasında iddia edib ki, BTC-yə yönəlik təhdidlər Rusiyadan qaynaqlanır.

Hərbi-siyasi analitik, general-mayor Amiran Salikvadze hesab edir ki, Azərbaycan əvvəlki müharibələrin təcrübəsindən çıxış edərək, bu addımları atır. Çünki 2014-cü ildə “avqust müharibəsi” zamanı boru kəmərlərə raket hücumlarına cəhd edilmişdi.



“Təbii ki, Ermənistan və Azərbaycan arasında genişmiqyaslı hərbi əməliyyatların bərpa olunması enerji obyektlərini də təhlükə altına ata bilər. Azərbaycan məhz bu variantı düşünərək, dünyanın ən təkmil raketdən müdafiə sistemlərini alır. Lakin hesab etmirəm ki, müharibənin səviyyəsi bu qədər irəli gedəcək”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/214156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR