Beynəlxalq Velosipedçilər İttifaqına yeni prezident seçilib

Beynəlxalq Velosipedçilər İttifaqına yeni prezident seçilib
16:02 21 Sentyabr 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) yeni prezidenti müəyyənləşib.
“Report” xəbər verir ki, qurumun Norveçin Bergen şəhərində baş tutan Konqresində fransalı David Lappartyen bu posta seçilib. O, 33 səslə qalib olub. 2013-cü ildən ittifaqa rəhbərlik edən britaniyalı Brayan Kuksona isə 8 nəfər səs verib.
D.Lappartyenin 2013-cü ildən Avropa Velosipedçilər İttifaqının (UEC) prezidenti postunu tutur.
Qeyd edək ki, Konqresdə Azərbaycanı Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərovla baş katib Fərhad Əliyev təmsil edib. F.Əliyev UEC-in səs hüququna malik 15 səlahiyyətli nümayəndəsindən biri kimi UCİ prezidenti seçkisində iştirak edib.



Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/beynelxalq-velosipedciler-i-ttifaqina-yeni-prezident-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR